Rakitiç "Barsa"da qalır? - ÖZÜ DEDİ

Rakitiç "Barsa"da qalır? - ÖZÜ DEDİ

"Barselona”nın futbolçusu İvan Rakitiç Kataloniya klubundan gedəcəyi ilə bağlı yayılan xəbərlərə reaksiya verib. Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi daha çox oynayacağı halda komandada qalmaq istədiyini deyib:

"Daim heyətdə olmaq istəyirəm. Oynaya bilsəm, mənim üçün "Barselona”dan daha yaxşı yer yoxdur. Hər günümün dadını çıxarmaq istəyirəm”.

Qeyd edək ki, İvan Rakitiç 2014-ci ildən "Barselona”nın formasını geyinir. Son vaxtlar heyətə düşməkdə çətinlik çəkən futbolçunun "İnter”ə keçəcəyi haqda xəbərlər yayılıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər