Rafael Varan milli karyerasını bitirdiyini açıqladı

Rafael Varan milli karyerasını bitirdiyini açıqladı

"Mançester Yunayted"in və Fransa millisinin müdafiəçisi Rafael Varan yığma karyerasını bitirdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Arxa xətt oyunçusu bu qərar üzərində uzun müddət düşündüyünü, və nəhayət ki, fikrini qətiləşdirdiyini bildirib. "Xoruzlar"la duyğusal sözlərlə vidalaşan futbolçu istedadlı gənclərin çox olduğunu və onların Fransa millisinə böyük fayda verə biləcəyinə inandığını yazıb.

Qeyd edək ki, Varan Fransa seçməsində 2013-cü ilin 22 mart tarixində debüt edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər