"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 finalının "Liverpul”la cavab oyununda (1:2) texniki zonadan qovulmasından danışıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, komandası çərək finalda dayanan Pep belə deyib: "Sanenin təmiz qol vurduğunu dedim və buna görə hakim məni qovdu. Bu turnirdə komandaların gücləri bərabər olduğundan hakim qərarları çox həlledicidi. Salahın "Enfild”də vurduğu topu oyundankənar vəziyyətdə olduğu üçün saymasaydılar, hər şey başqa cür ola bilərdi. Və ya əksinə Qabriel Jezusun qolunu saysaydılar...”
Qeyd edək ki, Liverpuldakı ilk oyunda da meydan sahibləri qalib gəlmişdi – 3:0.
Fanat.Az