Qvardiola Neymarı komandasında görmək istəmir 

Qvardiola Neymarı komandasında görmək istəmir 

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın Neymarla bağlı qərarı bəlli olub. 

Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis ulduz futbolçunu komandasında görmək istəmir. 

Məlumatı "El Nacional" yayıb. Xəbərə görə, ispaniyalı çalışdırıcı PSJ-nın futbolçusunun xarakterini bəyənmir və komandasında intizamsız oyunçu görmək istəmir. Bu səbəbdən onun transferinə qarşıdır. 

Qeyd edək ki, daha öncə "Mançester Siti"nin braziliyalı forvardı yayda heyətinə qatacağı bildirilirdi. Onun klubu PSJ də Neymarla vidalaşmağı planlaşdırır. 

Xatırladaq ki, "Mançester Yunayted" və "Çelsi"nin Neymarın xidmətində maraqlı olduğu iddia edilir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər