Qvardiola irqçilik ittihamına cavab verdi

Qvardiola irqçilik ittihamına cavab verdi

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çalışdırdığı komandanın sabiq yarımmüdafiəçisi Yaya Turenin sözlərinə şərh verib.

 

Fanat.Az "Marka”ya istinadən xəbər verir ki, mütəxəssis onu irqçilikdə suçlayan Turenin yalan danışdığını deyib: "Rasizmdə suçlanmağım yalandı. Bunu Yaya özü də bilir. İki il çiyin-çiyinə işləmişik. Gedəndən sonra heç vaxt üzümə demədiyini dilə gətirirsə, problem onun özündədi”.

Qeyd edək ki, Ture "Mançester Siti”ni 2017/18 mövsümünün sonunda tərk edib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər