Qvardiola gəlir, o gedir - Çindən daha bir bomba

Qvardiola gəlir, o gedir - Çindən daha bir bomba
"Mançester Siti"ni gələn mövsüm Pep Qvardiolanın çalışdıracağı açıqlanandan dərhal sonra Yaya Turenin komnadanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Fanat.az xəbər verir ki, afrikalı futbolçunun artıq özü üçün klub axtardığı deyilir.
Düzdü, karyerası ərzində 4 dəfə Afrikada ilin futbolçusu seçilmiş Turenin meneceri Dmitri Selyuk xəbərləri təkzib edib: "Turenin komandadan ayrılacağını düşünmürəm. Amma ayrılmadan öncə Premyer Liqanın və qatıldığı bütün turnirlərin qalibi olacağına inanıram".
Lakin mətbuat Turenin komandanı tərk edəcəyini israr edir. Hətta onun Çinə gedəcəyi də iddia olunub. 
Qeyd edək ki, Ture 2007-2010-cu illərdə "Barselona"da çıxış edib. 2008-2010-cu illərdə Pep Qvardiolanın başçılığı altında oynamış futbolçu ispan mütəxəssisin onun mövqeyində Serxio Busketsə üstünlük verməsi səbəbdən 25 milyon funt-sterlinqə "Mançester Siti"yə transfer olunmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər