Qusarda futzal turniri keçiriləcək

Qusarda futzal turniri keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə 15-16 aprel tarixlərində Qusarda 14 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçiriləcək. 

Fanat.Az xəbər verir ki, turnirin ilk günü 12 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq. 

İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.

Qusarda futzal turniri keçiriləcək Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku” yarışı ümumilikdə 5 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə qızlar futzal liqasının yaradılmasıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər