Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi qismində Moldovada 30-cu avrokubok qələbəsinə sevinib.
Fanat.Az xəbər verir ki, "Şerif"lə görüşdə tarixi nəticəyə imza ataraq Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ağdamlılar bu çalışdırıcının rəhbərliyi altında 68-ci qitəmiqyaslı matçına çıxıb.
Bu görüşədək hesabında 29 qələbə, 20 heç-heçə və 18 yenilgi olan mütəxəssis 2008-ci ildən işlədiyi komandayla yubiley zəfərinə qovuşub.
Fanat.Az