Qurbanov irəlilədi, Qriqroçuk gerilədi

Qurbanov irəlilədi, Qriqroçuk gerilədi

"World Coach Ranking" saytı dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlayıb. 

Fanat.Az xəbər verir ki, siyahıda "Qəbələ” və "Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adı yer alıb.

Ötən cədvəldə 465-cü pillədə olan Qurban Qurbanov 23 pillə irəliləyərək aktivindəki 1361 xalla 442-cü yerdə qərarlaşıb.

Qriqorçuk isə 3 pillə geriləyərək 852 xalla 658-ci pilləyə enib.

Qeyd edək ki, siyahıya "Real”ın (İspaniya) baş məşqçisi Zinəddin Zidan başçılıq edir.  Luis Enrike ("Barselona”, İspaniya) 2-ci, Dieqo Simeone ("Atletiko”, İspaniya) isə 3-cüdür.  

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər