Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Nant” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı məlum olub.

Fanat.Az xəbər verir ki, mütəxəssislərin media nümayəndələri ilə görüşü sabah olacaq. 

Əvvəlcə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq. Onun konfransı saat 12:30-da olacaq.

14 sentyabr 12:30 Qurban Qurbanovun mətbuat konfransı Məkan: Tofiq Bəhramov adına Respublika stadionu 19:15 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi) Məkan: “Azersun Arena”

14 sentyabr 17:15 “Nant”ın baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı 18:00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi) Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər