Qurban Qurbanov "Zirə" ilə matçdan sonra nə danışdı?

Qurban Qurbanov "Zirə" ilə matçdan sonra nə danışdı?

Misli Premyer Liqasının 5-ci turunda “Qarabağ” səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçəyə razı olub.

Fanat.Az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablayıb:

"Maraqlı oyun oldu. Hər iki komanda xalı haqq edirdi. Hər matçdan sonra daha da kollektiv yaxşılaşır. Hər iki tərəfin azarkeşlərinə dəstəyə görə təşəkkür edirəm".

- Yeni transferlərin oyununu necə dəyərləndirirsiniz?

"Normal. Hələ optimal formalarından uzaqdırlar. Onları yaxşı vəziyyətə gətirmək üçün əlimizdən gələni edəcəyik. Hər oyunçu üçün şərait yaradırıq ki, atmosferi hiss etsinlər".

- Abbas Hüseynovun Elvin Cəfərquliyev kimi komandaya dönmək ehtimalı var?

"Yox. Ona bildirib. Danışılası bir şey yoxdur".

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər