Qurban Qurbanov: "İkinci yarı daha çətin olacaq"

Qurban Qurbanov: "İkinci yarı daha çətin olacaq"
Türkiyənin "TRT Spor" telekanalı Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsindən reportaj hazırlayıb.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov telekanala açıqlama verib.
Komandanın hazırkı vəziyyəti ilə bağlı danışan çalışdırıcı qış fasiləsindən sonra oyunların daha ağır olacağını bildirib: 
"Komandada hər şey qaydasındadı. Futbolçulardan istədiyimiz performansı hələ tam ala bilməmişik. Amma zamanımız var. Düşünürəm ki, toplanışın sonunda hər şey istədiyimiz kimi alınacaq. Mövsümün ilk hissəsi bizim üçün çox çətin oldu. Bəlkə də ikinci yarı daha çətin olacaq. Ona görə də futbolçularımız hər məşqdə, hər oyunda diqqətli və ciddi olmalıdılar".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər