Qurban Qurbanov: "Hələ tam istədiyimiz səviyyəyə çatmamışıq"

Qurban Qurbanov: "Hələ tam istədiyimiz səviyyəyə çatmamışıq"
"Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "Ufa" klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.
Klubun saytına danışan 47 yaşlı mütəxəssis daha sonra bildirib: "Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər