"Futbolçularımı təbrik edirəm. Çox çətin mövsüm oldu". Fanat.Az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Premyer Liqanın XXVII turunda "Səbail"i qəbul edən Ağdam təmsilçisi 4:0 hesablı qələbə qazanaraq, ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluğunu rəsmiləşdirib. Qarşılaşmadan sonra "CBC Sport" telekanalına açıqlamasında mövsümü dəyərləndirən Qurbanov sevincini gizlətməyib: "Sona 3 tur qalmış 1-ci yeri ələ keçirdik. Halbuki mövsüm boyu ikinci pillədə idik. Bugünkü matçda isə gərginilk daha çox idi. Futbolçular çox istəkli və gərgin idilər. Mövsümü çempion kimi başa vurduğumuz üçün sevincliyəm. Rəhbərliyi, futbolçuları və azarkeşləri təbrik edirəm". Təcrübəli mütəxəssis təcrübələrindən mövsüm boyu lazımınca yararlandıqlarını vurğulayıb: "Oyunçularımın bu mövsümdəki çıxışından tam razı qaldım. Daim yanlarında oldum. Onların nə cür məsuliyyətli olduqlarını, əziyyət çəkdiklərini görürdüm. Komandada xeyli dəyişikliklər oldu. Buna baxmayaraq, hamı toparlandı, təcrübəsindən və istəyindən istifadə etdi". Fanat.Az
Qurban Qurbanov: "Hamı toparlandı, istəyindən istifadə etdi"
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
13:22
23.10.2026
"Sabah" bir addım öndədir" - Şahin Diniyev derbi barədə danışdı
Azərbaycan futbolu
09:28
23.10.2026
Azərbaycan qitədə neçəncidir? - UEFA reytinqi
Azərbaycan futbolu
09:00
23.10.2026
MPL: "Araz-Naxçıvan" ilk qələbə arzusunda, "Zirə" "qara zolaq"dan çıxmaq əzmindədir
Azərbaycan futbolu
23:58
22.10.2026
Portuqaliya mətbuatı "Şamaxı"dan yazdı: "Yalnız "Qarabağ"a uduzublar"