Qurban Qurbanov: "Gərginlik var, bunu hiss edirəm"

Qurban Qurbanov: "Gərginlik var, bunu hiss edirəm"

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu”.

 

Fanat.Az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah”ın qonağı olan Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

 

Oyunsonrası mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: "İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Oyunçular çox əziyyət çəkdilər. Rəqibin yeni baş məşqçisinə uğurlar arzulayıram”.

 

- Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?

- Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.

 

- Avrokubok matçından sonra komanda gərginliyi üzərindən ata bilibmi?

- Çox yadımıza salsaq, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər