Qurban Qurbanov darmadağından danışdı

Qurban Qurbanov darmadağından danışdı
"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər".
Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
48 yaşlı mütəxəssis bildirib ki, matçın startından yaxşı hücumları olub: "Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, "Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər