"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov azarkeşlərin avrokubok matçlarına buraxılması ilə bağlı qərarı şərh edib.
Fanat.az xəbər verir ki, təcrübəli çalışdırıcı klubun rəsmi yutub kanalına açıqlamasında belə deyib:
"İlk olaraq, azarkeşlərimizdən başlamaq istəyirəm. Hamımız buna çox sevinirik. Bu qərarı eşidəndən sonra komandada əhval-ruhiyyə həddindən artıq yuxarıdır. İnanıram ki, yaxın gələcəkdə hər şey qaydasına düşər, 50 yox, 100 faiz azarkeşə icazə verilər. Hamımız onlar üçün darıxmışıq".