"Qol vurmaq, komandanın qələbəsində pay sahibi olmaq həmişə xoşdu. Məsələ Serbiyadakı oyunda böyük ölçüdə həll olunmuşdu". Bu sözləri Fanat.Az-a açıqlamasında "İnter"in müdafiəçisi Denis Silva deyib.
Bakı təmsilçisi Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab oyununda birinci görüşdə 3:0 hesabıyla üstələdiyi Serbiya "Mladost"unu 2 cavabsız qolla yenib. Təmsilçimizin birinci qoluna imza atan "sambaçı" oyunu dəyərləndirib: "Görüşə yaxşı hazırlaşmışdıq. Bilirdik ki, arxayınlaşmaq olmaz. Məqsəd ikinci oyunda da qələbə qazanmaq idi. Şadam ki, bacardıq. Uğurun davamını gətirmək istəyirik. Açığı, Lüksemburq "Fola"sı haqda məlumatlı deyiləm. İnformasiya toplayandan sonra necə komanda olduğunu biləcəyik".
Fanat.Az