"Turan Tovuz" 100-ə çatdı

"Turan Tovuz" 100-ə çatdı

“Turan Tovuz” Premyer Liqada 100-cü ev qoluna imza atıb.

Fanat.Az xəbər verir ki, yubiley qolu Xorxe Silvanın ayağın yazılıb.

O, Misli Premyer Liqasının IV turunun “Sumqayıt”la görüşündə qələbə (2:1) topunu vurub.

Bu, komandanın turnirdəki 73-cü ev görüşünə təsadüf edib. “Turan Tovuz” Premyer Liqada 100 və daha çox qol vuran 24-cü komanda olun.

Qeyd edək ki, klub tarixində Premyer Liqadakı ilk qol 2022-ci il sentyabrın 9-da vurulub. “Kəpəz”lə görüşdə (2:0) hesabı Runi Eva açıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər