"Traktorsazi" lider oldu

"Traktorsazi" lider oldu

İran çempionatında XVI turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, "Traktorsazi" Xuzestan "İstiqlal"ının qonağı olub.

Təbriz klubu səfər oyununda 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qolunu 88-ci dəqiqədə Mehdi Şərifi rəqib qapısından keçirib.

Bu qələbə sayəsində "Traktorsazi" xal hesabını 33-ə yüksəldərək turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. Aktivində 32 xal olan "Persepolis" sabah "Saypa"nı qəbul edəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər