"Təsəllimiz odur ki..." - Samir Abasov

"Təsəllimiz odur ki..." - Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 28-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransı keçirib.

O, matç barədə bunları deyib: "Oyun barədə nə isə eşitməyi siz də istəmirsiniz. Çünki özünüz də yorulmusunuz. Sizə minnətdarıq ki, bizim oyunlarımızı işıqlandırırsınız. Nələri verə bilmədiksə, bağışlayın".

S.Abasov bildirib ki, rəqib ehtiyat heyətlə meydana çıxsa da, komandası digər oyunlarda da "Qəbələ"yə başağrı olub: "Udsaq da, məyusuq. Daha yaxşı pillədə turniri başa vura bilərdik. Bunlar başqa mövzulardır. Təsəllimiz odur ki, futbolçularımız və məşqçi heyətimiz gəncdir". (qol.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər