"Şöhrət" ordenli idmançımız evlənir - VİDEO

"Şöhrət" ordenli idmançımız evlənir - VİDEO

"Bakı-2015-"in qalibi Ayxan Mamayev evlənməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, idmançı bu haqda Nail Naiboğlunun “Qonağım” rubrikasında danışıb.

Karateçi bidlirib ki, həyatında sevdiyi xanım var: “Ötən il demişdim ki, sevgilim yoxdur. İndi həyatımda sevdiyim xanım var. Gələn il artıq subaylığın daşını atacam”.

Qeyd edək ki, Ayxan Mamayev 2013-cü ildə İslam Həmrəylik Oyunlarının, 2015-ci ildə Avropa oyunlarının qalibi olub, 2012-2015-ci illərdə Avropa çempionatının gümüş, 2012-ci ildə dünya çempionatının bürünc medallarını qazanıb. Prezident İlham Əliyev 2015-ci ildə onu "Şöhrət" ordeni ilə təltif edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər