"Şanslarımız minimuma bərabərdi"- Nenad Milovanoviç

"Şanslarımız minimuma bərabərdi"- Nenad Milovanoviç

"Reallıq hissini itirməməliyik. 0:3 hesablı yenilgidən sonra mərhələ adlamaq şanslarımız minimuma bərabərdi". Fanat.Az xəbər verir ki, bu sözləri Serbiya mətbuatına açıqlamasında "Mladost"un çalışdırıcısı Nenad Milovanoviç deyib.

Avroliqanın I təsnifat mərhələsi çərçivəsində öz meydanında təmsilçimiz "İnter"dən darmadağın alan Luçani klubunun baş məşqçisi Bakıya uduzmağa gəlməyəcəklərini vurğulayıb: "Qol vəziyyətləri yaratmağı bacarsaq da, fürsətləri boşa verdik. 15 illik məşqçilik karyeramda hələ belə yenilgi almamışdım. "İnter" qapımıza 3 dəfə yol tapdı. Cərimə zərbələrindən buraxdığımız toplar fərdi ustalığın nəticəsiydisə, 3-cü qol (Rauf Əliyev cərimə meydançasına girmədən topu uzaq "doqquzluğ"a göndərib) Avropa səviyyəliydi. Nə etmək olar, bacarığımızı Bakıdakı oyunda ortaya qoymalıyıq. Səfərə növbəti məğlubiyyəti almaq üçün getmirik".

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər