"Prosineçki peşəkar deyildi"- Piter Krauç

"Prosineçki peşəkar deyildi"- Piter Krauç

İngiltərə millisinin sabiq forvardı Piter Krauç millimizin baş məşqçisi Robert Prosineçkinin qeyri-peşəkarlığından danışıb. Fanat.Az xəbər verir ki, “Stok Siti”nin şərəfini qoruyan ucaboy hücumçu belə deyib:

 “Prosineçki barmaqla sayılan istedadlardan biriydi. Sözün əsl mənasında, usta futbolçuydu. Amma peşəkar deyildi, siqaret çəkirdi. Özü də günə iki qutu boşaldırdı. Bizdə siqaret çəkməyə qadağa qoymuşdular. O isə hər gün 40 ədəd çəkirdi. Aludəçiliyinə rəğmən, komandada hamıdan yaxşı oynayırdı”.

Qeyd edək ki, “Real”, “Sevilya” və “Barselona”da top qovmuş Prosineçki  2001/02 mövsümündə “Portsmut”da Krauçla çiyin-çiyinə oynayıb. Həmin mövsüm 33 matça çıxan yığmamızın baş məşqçisi 9 qola imza atıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər