"Kordoba"da mütəmadi olaraq oynasam, milliyə çağırılaram. Millinin baş məşqçisi Prosineçki ilə yaxşı münasibətim var. Bununla bağlı problem olmayacaq. O, mənə tez-tez dəvət göndərir. Klubdan yığmanın düşərgəsinə yollanmaqla bağlı problem yaranmayacağına söz veriblər". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Eddi İsrafilov deyib.
"Kordoba"ya keçən futbolçumuz yerli mətbuata açıqlama verib. O, "Mursiya"dakı çıxışından danışıb: "Mursiya” ilə bağlı gözəl xatirələrim olub. Oranı özüm üçün ikinci ailə hesab edirəm. Amma seçim zamanı diqqətli olmalı idim. Çünki inkişafım üçün rəqabəti güclü komanda seçməli idim. “Kordoba” Sequndada ilk “üçlük”də qərarlaşan komandadı. Onlar La Liqaya vəsiqə uğrunda mübarizə aparırlar. Qarşıya qoyulan hədəf bu komandaya üstünlük verməyimə kömək oldu”.
Fanat.az