"Pele kimdirsə, Marta da odur"

"Pele kimdirsə, Marta da odur"

"Real Madrid"in cinah hücumçusu Vinisius Junior qadınlardan ibarət futbol üzrə Braziliya millisinin 38 yaşlı oyunçusu Marta barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, CNN onun sözlərini belə çatdırıb:

"Marta dünyanın ən böyük qadın futbolçusudur. Ona çox böyük simpatiyam var. Çünki Martanın hər gün bir qədər də inkişaf edən qadın futbolunu yeni mərhələyə çatmasında xüsusi rolu var. Brazilyalılar üçün Pele kimdirsə, Marta da odur. Eləcə də Ayrton Senna... Milyon insandan biri bu səviyyəyə qalxacaq potensiala malikdir".

Xatırladaq ki, Braziliya millisində 204 matça çıxan Marta 119 qol vurub. O, 6 dəfə dünyanın ən yaxşı qadın futbolçusu seçilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər