Çexiyanın "Mlada Boleslav" klubu Albaniyaya yollanıb. Fanat.Az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin komandası Avroliqanın 3-cü təsnifat mərhələsinin cavab oyununa bu ölkədə çıxacaq.
Çexlər avqustun 3-də yerli "Skenderbeu"yla üz-üzə gələcək. Komandasının birinci oyundakı qələbəsini kənardan izləyən (2:1) Kamran da Albaniyaya aparılıb.
Fanat.Az