"Kopengahen"in azarkeşləri dava saldı - VİDEO

"Kopengahen"in azarkeşləri dava saldı - VİDEO

"Qarabağ"ın rəqibinin Danimarka Super Liqasındakı oyununda dava düşüb.

Fanat.Az xəbər verir ki, "Kopenhagen"in fanatları "Brondbü" ilə oyunun sonlarında dava salıb. Meydan sahibləri son dəqiqələrdə hesabı açdıqdan sonra "Kopenhagen" fanatları tribunalarda iğtişaş salıb və meydana girməyə çalışıblar.

Onlar qarşılaşmanın hakim-inspektoruna da xəsarət yetirməyə macal tapıblar. Polisin müdaxiləsindən sonra gözü qızmış fanatları tribunaya qaytarmaq mümkün olub.

Artıq klub bu barədə bəyanat yayıb və iğtişaşın səbəbkarlarının tapılaraq cəzalandırılacağını bildirib.

Xatırladaq ki, "Kopenhagen" Çempionlar Liqasında "Qarabağ"ın rəqibidi. Azərbaycan çempionu Danimarka təmsilçisini avqustun 15-də Bakıda qəbul edəcək. Cavab oyunu isə 8 gün sonra keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər