"Əlbəttə ki, birinci oyun arzuladığımız hesabla başa çatdı. Qol buraxmadan 3 top vurmaq ürəyaçan nəticədi". Bu sözləri Fanat.Az-a açıqlamasında "İnter"in müdafiəçisi Adrian Skarlatake deyib.
Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutan ilk oyunda "Mladost"un qapısına cərimə zərbəsindən 2 top vuran rumın cavab qarşılaşması haqda fikirlərini bölüşüb: "İki qol vurmaq xoşdu. Amma əsas komandanın uğurudu. Mərhələ adlamaq baxımından böyük üstünlük qazanmışıq. Evdəki matça arxayın çıxmaq olmaz. "Mladost" doğrudan da güclü kollektivdi. Serbiyadakı oyunda qol vura bilməsələr də, bir neçə dəfə buna yaxın oldular. İlk oyunun hesabını yaddan çıxarmalı, ikinci 90 dəqiqədə də sonadək mübarizə aparmalıyıq".
Fanat.Az