"Əvəzedicilər" mövsümü yekunlaşdırdı

"Əvəzedicilər" mövsümü yekunlaşdırdı

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2016/17 mövsümünə yekun vurulub. Fanat.Az xəbər verir ki, XXVIII turun son oyunu bu gün keçrilib.

Son matçda “Kəpəz”lə “İnter” üz-üzə gəlib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və komandalar mövsümü 0:0 hesablı bərabərliklə yekunlaşdırıb.

Qeyd edək ki, əvəzedicilərin çempinatında çempion "Qarabağ" olub. "Qəbələ" 2-ci, "Neftçi" 3-cü yeri tutub. Mövsüm ərzində 13 qol vuran "Qarabağ"ın futbolçusu Şahin Əliyev ən yaxşı bombardir olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər