"Əsla vaz keçməyəcəyik" - Mustafa Dənizli

"Əsla vaz keçməyəcəyik" - Mustafa Dənizli

"Qalatasaray" hədəfləri böyük olan bir ailədi. Bu hədəflərdən geriyə qala bilmərik". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Mustafa Dənizli deyib.

Sabah Avropa Liqasında "Latsio" ilə qarşılaşacaq "Qalatasaray"ın çalışdırıcısı bu gün mətbuat konfransı keçirərək fikirlərini bildirib: "Qalatasaray"ın hədəfi bütün yarışlarda sona qədər getməkdi. Bəzən şərtlər sizi çətinləyə sala bilər. Bunları yaşamayan klub yoxdu. Məndə bunları yaşamışam. Super Liqada yaxşı mövqedə olmadığımızı bilirəm. Amma futbolçulara olan inamım zərrə qədər də olsun azalmayıb. Rəhbərlik, komanda və azarkeşlər birlikdə daha güclüdü. Zaman-zaman məyus ola bilərik. Amma hədəfimizdən əsla vaz keçməyəcəyik".

"Mənim də hər bir mütəxəssis kimi uğurlu və uğursuz günlərim olub. İşimi görərkən ən az səhvə yol verməyə çalışıram. Səhv etməmək mümkün deyil. Bura "Qalatasaray"dı. "Qalatasaray"ın nə olduğunu və vəziyytin necə dəyişdiyini hamımız görəcəyik" deyə Dənizli əlavə edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər