"Bu zədənin uzunmüddətli olacağını düşünmürəm"

"Bu zədənin uzunmüddətli olacağını düşünmürəm"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın zədəli yarımmüdafiəçisi Kevin De Bröynenin sıraya nə vaxt dönəcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Bu zədənin uzunmüdətli olacağını düşünmürəm. Onun "Utford"a qarşı oynayıb-oynamayacağı ilə bağlı nəsə deməyəcəm. Heç "Nyukasl"la matçda meydana çıxıb-çıxmayacağını bilmirəm, amma məncə, bərpa prosesi çox vaxt aparmayacaq".

Qeyd edək ki, cari mövsüm klubunun forması bütün turnirlərdə 6 matça çıxan belçikalı ulduz 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. De Bröynenin "şəhərlilər"lə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər