"Bu da məni çox sevindirir" - Qara Qarayev

"Bu da məni çox sevindirir" - Qara Qarayev

"Daha iki il "Qarabağ"ın bir parçası olmaq mənim üçün qürurvericidi". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"la yeni müqavilə imzalayan Qara Qarayev deyib.

İki illik anlaşmaya imza atan yarımmüdafiəçi fikirlərini klub saytına bildirib: "Nə qədər gücüm var, bu komandanın, bu camiənin xidmətində olmağa çalışacam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər