"Belə məlumatlar yanlışdı" - Robert Prosineçki

"Belə məlumatlar yanlışdı" - Robert Prosineçki

"Hər iki komandanın ifasında mübarizə, maraqlı oyun gördük. Həm "Neftçi", həm də "Kəpəz" istəkli idi. Komandalar qol imkanları yaratdılar, amma fərqlənə bilmədilər".

Bunu Azərbaycan Milli Komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın XIX turunun "Neftçi" - "Kəpəz" matçından sonra deyib.

Xorvatiyalı mütəxəssis çempionat qarşılaşmalarını əvvəlki qədər izləmədiyinə dair fikirlərlə razılaşmayıb: "Belə məlumatlar yanlışdı. Getdiyim oyunların sayı azalmayıb. Kifayət qədər matç izləyirəm".

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" matçında hesab açılmayıb - 0:0. ("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər