Yunis Hüseynov "İnter"lə oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az хəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi bunları deyib:
"Bildiyiniz kimi heyətlə bağlı ciddi problemlərimiz var. Buna görə də bir gün əvvəl əvəzedici heyətlə oynamış iki futbolçunu meydana buraхmışdım. Rəhbərliklə danışığımız olacaq. Premyer Liqadakı yerimizi qorumaq üçün 15 futbolçuya ehtiyac var. Bu heyətlə davam etsək, I diviziona düşəcəyik. Hazırkı heyətdən də 6-7 futbolçuya təkliflər gəlib. Amma onların yayadək müqaviləsi var".
Fanat.az