Quardioladan Kloppa cavab

Quardioladan Kloppa cavab

"Mançester Siti" klubun baş məşqçisi Pep Quardiola (Pep Guardiola) "Liverpul"u çalışdıran Yurgen Kloppun (Jurgen Klopp) dediklərinə cavab verib.

Fanat.Az xəbər veri ki, bir neçə gün bundan əvvəl Almaniyalı mütəxəssis digər klubların maddi imkanları ilə bağlı belə demişdi:

"Çelsi", "Mançester Siti" və " Mançester Yunayted"in maliyyə məhdudiyyəti yoxdur, "Liverpul"da isə var. Biz yalnız əlimizdə olanı xərcləyirik".

Quardiola cavab olaraq "The İndependiente" nəşrinə verdiyi müsahibədə bunları deyib:

"Reallıq budur ki, hər klubun öz tarixi var. Hər bir klubun sahibi necə yaşamaq istədiyinə özü qərar verir. Futbola çox sərmayə qoyaraq yaxşı qazana bilərsiniz. Bu kömək edir, çünki yaxşı futbolçulara hər zaman ehtiyac var. Buna heç bir şübhə yoxdur.

Bir zaman "Liverpul" da iki möhtəşəm oyunçu almışdı. Ondan sonra onlar Çempionlar Liqasını və Premyer Liqanı qazandılar.

"Liverpul" rəhbərliyi pul xərcləmək istəmirsə deməli buna ehtiyac olmadığını düşünürlər. Bu barədə elə də çox məlumatım yoxdur, orada işləmirəm"

Xatırladaq ki, hələlik cari mövsüm İPL-də transferə ən çox pul xərcləyən klub "Mançester Siti" klubudur. Klub Cek Qrilişin (Jack Grealish) transferinə 118 milyon avro vəsait ayırıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər