"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola klubun Rəhim Sterlinq ilə vidalaşmasını istəmir.
Fanat.Az xəbər verir ki, bu barədə italyan jurnalist Fabritsio Romano "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, ispan mütəxəssis onu komandanın "açar" oyunçularından hesab etdiyi üçün heyətdə görmək istəyir.
Qeyd edək ki, Sterlinqin "Mançester Siti" ilə müqaviləsi gələn ilin yayında başa çatır. Bir müddət öncə yayılan xəbərlərə əsasən, londonlular Rəhimin yeni müqaviləyə razılıq verməyəcəyi təqdirdə onu satışa çıxarmaq fikri var.