Quardiola: "Deyərdim daha 10 il qalacağam, amma..."

Quardiola: "Deyərdim daha 10 il qalacağam, amma..."

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola klubu ilə nə vaxt yeni müqavilə imzalaya biləcəyi haqda danışıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" 51 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:

"Mançester Siti" ilə müqaviləmi yeniləyib-yeniləməyəcəyim gələn mövsümün sonunda bəlli olacaq. Uzun illərdir klubla bunu müzakirə edirik. Nəyəsə əmin olsam deyərdim ki, daha 10 il qalacağam, amma bunun üçün uyğun zaman olmalıdır. Amma nə bu mövsüm, nə də növbəti mövsüm uyğun vaxt olmayacaq."

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər