Quardiola De Bröynenin zəif cəhətlərini açıqladı

Quardiola De Bröynenin zəif cəhətlərini açıqladı

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola Kevin De Bröynedən nə xahiş etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:

"Bu mövsüm hamımız üçün daha çətindir. Kevinin nə qədər yaxşı futbolçu olduğunu izah etməyə çalışmıram. Onunla çox söhbət etmişik. Həmişə meydanda sadə işləri daha yaxşı görməsini xahiş etmişəm. De Bröynenin məhsuldar ötürmə vermək bacarığı inanılmazdır. Meydanı onun kimi görən oyunçu yoxdur. Amma hər zaman ona sadə işlərə diqqəti artıracağı halda, özəl keyfiyyətlərini də inkişaf etdirəcəyini xatırladıram. Məsələn, topu itirməmək, çox hərəkət etmək və hərəkətə sürət əlavə etmək lazımdır".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər