Qrosso "Olimpik Lion"dan pul tələb edir - SƏBƏB

Qrosso "Olimpik Lion"dan pul tələb edir - SƏBƏB

"Olimpik Lion"un sabiq baş məşqçisi Fabio Qrosso Fransa təmsilçisindən təzminat tələb edir.

Fanat.Az xəbər verir ki, məlumatı "Сorriere dello Sport" yayıb.

Xəbərə görə, noyabrın 30-da qovulan italiyalı mütəxəssis imicinə vurulan zərbəni əsas gətirərək fransızlardan 1,5-2 milyon avro civarında pul istəyir. Mənbə Qrossonun "Lion"a güzəşt etməyəcəyini və istədiyini almamış 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləsinə xitam verilməsinə razı olmayacağını vurğulayıb. 

Xatırladaq ki, Qrosso sentyabrın 16-da baş məşqçi təyin edilmiş, 2 ay sonra istefaya göndərilmişdi.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər