Qrossmeysterimizdən Almaniyada yüz faizlik nəticə

Qrossmeysterimizdən Almaniyada yüz faizlik nəticə

Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirdə 100 faizlik nəticə göstərib.

Fanat.Az xəbər verir ki, üç turdan sonra 30 yaşlı qrossmeysterin aktivində 3 xal var. 

Digər səkkiz şahmatçı da eyni nəticəyə malikdir. Səfərli əlavə göstəricilərə görə hazırda turnir cədvəlində ikincidir.

Qeyd edək ki, turnirdə 188 şahmatçı mübarizə aparır. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər