Qrossmeysterimiz ABŞ turnirinə erməni üzərində qələbə ilə start verdi

Qrossmeysterimiz ABŞ turnirinə erməni üzərində qələbə ilə start verdi

Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Fall Chess Classic" turnirinə qələbə ilə başlayıb.

Fanat.Az xəbər verir ki, 27 yaşlı qrossmeyster açılış turunda qara fiqurlarla ermənistanlı Aram Hakobyanla qarşılaşıb. Matç 24-cü gedişdə təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Hans Nimann (ABŞ), Vidit Santoş Qucrati (Hindistan) və Yu Yangyi (Çin) kimi tanınmış qrossmeysterlər də daxil olmaqla, 10 şahmatçının mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa noyabrın 10-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər