"Barselona"nın fransız hücumçusu Antuan Qrizmann (Antoine Griezmann) karyerasını vətənində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Xəbərə görə, 30 yaşlı futbolçu PSJ-nın maraq dairəsindədir. Bundan əlavə, İngiltərə klubları da Qrizmannın xidmətində maraqlıdır.
Qeyd edək ki, maliyyə "fair play"ına əməl etmək üçün "Barselona" bəzi futbolçularla yolları ayırlmaq məcburiyyətindədir.
Röya