DÇ-2022-nin seçmə mərhələsində keçirilən Fransa - Finlandiya (2:0) oyunu meydan sahiblərinin hücumçusu Antuan Qrizmann (Antonie Griezmann) üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, görüşdə dubla imza atan futbolçu bununla da ölkəsinin əfsanəvi veteran futbolçusu Mişel Platiniyə (Michel Platini) çatıb.
Fransa millisinin heytində vurulan qolların sayına görə Qrizmann və Platini 41 qolla 3-cü yeri bölüşdürürlər.
Siyahıya 51 qolla Tyeri Anri (Therri Henry) başçılıq edir. İkinci yerdə isə 46 qolla Olivye Jiru (Olivier Giroud) qərarlaşıb.
Emin Şəmsiyev