Qrizmann daha 100 oyuna çıxmağı arzulayır

Qrizmann daha 100 oyuna çıxmağı arzulayır

"Barselona"nın hücumçusu Antuan Qrizmann Kataloniya klubunun formasıyla çıxdığı 100-cü oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, Fransa millisinin forvardı klubun saytına danışıb:

"Barselona"da bu nəticəyə imza atdığım üçün şad və qürurluyam. Ümid edirəm ki, bu klubun tarixinə düşmək üçün mənə daha 100 görüşə çıxmaq qismət olacaq. Həm meydanda, həm də meydandan kənarda "Barselona"ya kömək etmək üçün bacardığımı əsirgəməyəcəm".

Qeyd edək ki, Qrizmann 2019-cu ilin ayaından "Barselona"nın uğurları üçün çalışır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər