Qrizmann 90+10-da vurduğu qələbə qolu barədə nə dedi?

Qrizmann 90+10-da vurduğu qələbə qolu barədə nə dedi?

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının 1-ci turu çərçivəsində baş tutan "Portu" ilə matçda (2:1) vurduğu qələbə qolundan danışıb.

Fanat.Az xəbər verir ki, "Relevo" portalı Fransa millisinin forvardının dediklərini belə çatdırıb: 

"Daha çox oynamaq imkanı mənim əlimdə deyil. Əlbəttə, meydana çıxan zaman bacardığımı edirəm. Mənə verilən dəqiqələr üçün nəyim varsa, verməyə hazıram. Burada olduğum üçün xoşbəxtəm. Klub, baş məşqçimiz, fanatlarımız üçün əlimdən gələni əsirgəmirəm. Zövq alın".

Qrizmann qələbə qolunu 90+10-cu dəqiqədə vurub. Maraqlıdır ki, bu matçdakı qolların hamısı uzatma dəiqələrində qeydə alınıb. 90+1-də Mario Ermoso Madrid təmsilçisini hesabda önə keçiribsə, 90+6-cı dəqiqədə "Portu"nun futbolçusu Andres Uribe penaltini dəqiq yerinə yetirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər