Qrbiç Madrid klubunda - RƏSMİ

Qrbiç Madrid klubunda - RƏSMİ
"Atletiko" Xorvatiyanın "Lokomotiva" klubunun qapıçısı İvo Qrbiçi heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Madrid təmsilçisinin saytı yayıb.
Qolkiper "hindular"la 4 illik müqavilə imzalayıb. Anlaşmanın digər şərtləri haqda məlumat verilməyib.
24 yaşlı Qrbiç "Hayduk"un yetirməsidir. O, "Lokomotiva"ya 2018-ci ilin yayında azad agent statusu ilə keçmişdi.
Yeri gəlmişkən, "Atletiko" 33 yaşlı qapıçısı Antonio Adananın komandadan ayrıldığını da bəyan edib. 2018-ci ildən paytaxt klubunda olan Adana madridlilərin formasıyla 7 oyun keçirmiş, 8 qol buraxmışdı.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər