"Qovulsan, oyundan sonra çırpacam səni"

"Qovulsan, oyundan sonra çırpacam səni"

Argentina yığmasının və "Aston Villa"nın qapıçısı Emiliano Martines yığmadakı komanda yoldaşı - müdafiəçi Kristian Romeroya DÇ-2022-nin finalında nə dediyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Dataref" qolkiperin Fransaya qarşı həlledici matçda yaşananlarla bağlı dediklərini belə çatdırıb:

"Kutinin (Romeronu nəzərdə tutur - red.) zəif cəhətlərini bilirəm. O, finalda Mbappeni iki ayağı ilə də vururdu. Oyunun fasiləsində futbolkasından tutdum və dedim: "Qovulsan, oyundan sonra çırpacam səni. Belə oynamağı qurtar".

Hə, Romaro həmişə qırmızı vərəqə alacaqmış kimi görünür. Bu, məni narahat etsə də, zövqvericidir. Onunla meydanda bir-birimizi əla başa düşürük. Kristianı yaxşı tanıyıram, təbii ki, üstünlüklərini bilirəm". 

Xatırladaq ki, finalın əsas və əlavə vaxtı 3:3 hesabı ilə bitib. Penaltiləri daha dəqiq yerinə yetirən (4:2) Argentina mundialın qalibi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər