Qol sevinci ölümünə səbəb oldu - VİDEO

Qol sevinci ölümünə səbəb oldu - VİDEO

Misirdə futbol matçı zamanı bədbəxt hadisə baş verib. 

Fanat.Az xəbər verir ki, II Divizion təmsilçisi “Əl-Maqda” klubunun baş məşqçisi Ədhəm Əl-Səlhədar qələbə qolunu qeyd edən zaman dünyasını dəyişib

Əl-Səlhədar komandasının 90+3-cü dəqiqəsində vurduğu qol zamanı oyunçuların yanına qaçaraq qələbəni bayram ediblər. Lakin hakimin davam fitindən sonra mütəxəssis huşunu itirərək meydançanın kənarında yıxılıb. Həkimlər mütəxəssisi xilas etməyə çalışsalar da, nəticəsi olmayıb.

Həmin anın videosunu təqdim edirik:   

 

Əl-Səlhədar yaxınlıqdakı xəstəxanaya aparıldıqda artıq öldüyü məlum olub. Həkimlər ölüm səbəbin infarkt olduğunu ehtimal edir.

“Əl Məqd” futbol klubu 3 günlük matəm elan edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər