Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan "Qızıl oğlan” mükafatının sahibi bəlli olub.
Fanat.Az xəbər verir ki, "Atletiko"nun yarımmüdafiəçisi Joao Feliks bu titula yiyələnib.
20 yaşlı hücumçu 332 səslə bütün rəqiblərini geridə qoyub. Dortmund "Borussiya"sında forma geyinən ingiltərəli Ceydon Sanço (175 səs) ikinci, "Bayer"dən Kay Haverts 75 səslə üçüncü olub.
"Golden Boy” mükafatı dekabrın 16-da Turində keçiriləcək tədbirdə təqdim ediləcək.
Fanat.Az